Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Liverpul'' UEFA Superkubokunun qalibi oldu - Yenilənib

''Liverpul'' UEFA Superkubokunun qalibi oldu -  Yenilənib

Tarix: 15 Avqust 2019 02:08

Bu gün UEFA Superkubokunun qalibi bəlli olub. 

Qol.az xəbər verir ki, Türkiyənin İstanbul şəhərində keçiriləcək görüşdə iki ingilis klubu üz-üzə gəlib.

Ötən mövsüm Çempionlar Liqasını qazanan “Liverpul”la Avropa Liqasının qalibi “Çelsi” qarşılaşıb. Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatdığı üçün əlavə vaxta ehtiyac duyulub. Burada da komandalar hərəyə bir dəfə fərqləndiyi üçün qalib penaltilər seriyasında müəyyənləşib. On bir metrlik zərbəni daha dəqiq yerinə yetirən "Liverpul"a 5:4 qalib gəlib. "Çelsi"də Temmi Abrahamın vurduğu penaltini qapıçı Adrian qaytarıb.

Beləliklə, "Liverpul"  14 ildən sonra Superkuboku başı üzərinə qaldırıb. Komanda sonuncu dəfə 2004-cü ildə bu kuboku qazanmışdı.

 


14 avqust

UEFA Superkuboku

23:00. “Liverpul” (İngiltərə) – “Çelsi” (İngiltərə) - 2:2 (penaltilər seriyası - 5:4
Qollar:
Jiru, 36 (0:1), Mane, 48 (1:1), 95 (2:1), Jorjinyo, 101-pen (2:2)
Baş hakim: Stefani Frappar (Fransa)
İstanbul. “Vodafon Park” stadionu

 


Etiketlər:  Liverpul UEFA Superkubokunun qalibi oldu Yenilənib


RƏYLƏR