Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Motosiklet sürücüsü yük avtomobilinin altında qalmaqdan son anda xilas oldu

Motosiklet sürücüsü yük avtomobilinin altında qalmaqdan son anda xilas oldu

Tarix: 9 Avqust 2021 22:32

Xarici ölkələrin birində baş verən qan donduran qəza anı sosial şəbəkələrdə yayılıb.

Milli.Az avtosfer.az-a istinadən bildirir ki, yük avtomobili ilə eyni anda sağa dönmə əməliyyatı edən motosiklet sürücüsü dəhşətli anlar yaşayıb. Yük avtomobilinin kor nöqtəsinə girərək dönməyə çalışan sürücü bir anda yolunun darlaşdığını dərk edib və motosikletini döndərməyə çalışsa da yola yıxılıb. Yük avtomobilinin təkərləri altından möcüvəvi şəkildə xilas olan sürücü hadisənin şoku ilə qaçmağa başlayıb. Yük avtomobili sürücüsünün isə baş verənlərdən xəbəri belə olmayıb.

Milli.Az


Etiketlər:  Motosiklet sürücüsü yük avtomobilinin altında qalmaqdan son anda xilas oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ