Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şəhid Samir Əliyevin nənəsi: “Tortu biz sifariş vermişik”

Şəhid Samir Əliyevin nənəsi: “Tortu biz sifariş vermişik”

Tarix: 10 Avqust 2021 08:04

21 yaşında şəhidlik zirvəsinə ucalmış, leytenant Əliyev Samir Əliheydər oğlunun ailəsi onun doğum günündə bulağın açılışı zamanı kəsilən tortla bağlı məsələyə aydınlıq gətirib.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, S.Əliyevin nənəsi Cəmilə Əlizadənin dediyinə görə, tortu ailə sifariş verib:

"Biz o tortu sifariş verdik, taksi ilə evimizə gətiriblər. Nəvəmin adına inşa edilən bulağın açılışı zamanı o tortu şəxsən mən kəsmişəm".

Xatırladaq ki, dünən 21 yaşında şəhidlik zirvəsinə ucalmış, leytenant Əliyev Samir Əliheydər oğlunun doğum günü idi.

Bu münasibətlə Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən şəhidimizin adının əbədiləşdirilməsi məqsədilə salınan parkın və inşa edilən bulağın açılış mərasimi keçirilib. Açılış mərasimində icra başçısı Əziz Əzizov, müavinləri, RİHBA-nın şöbə müdirləri, Zığ qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi və bələdiyyə sədri, Şəhid Ailələrinin müdafiə cəmiyyətinin Suraxanı rayon şöbəsinin sədri, şəhid anaları, 55 saylı tam orta məktəbin pedaqoji və şagird heyəti, Samir Əliyevin hərbiçi yoldaşları iştirak ediblər.


Etiketlər:  Şəhid Samir Əliyevin nənəsi Tortu sifariş vermişik


RƏYLƏR