Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Avqust 2021 13:15
Məşhur aktrisa Kristina Epplgeytə dağınıq skleroz diaqnozu qoyulub.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu barədə sənətçi özü məlumat yayıb.
"Salam, dostlar. Bir neçə ay əvvəl mənə dağınıq skleroz diaqnozu qoyulub. Qəribə bir səyahət idi. Amma bu xəstəliyi olan insanlar mənə çox dəstək oldu. Çətin bir səyahət idi. Ancaq hamımızın bildiyi kimi yol davam edir. Hansısa axmaq onu əngəlləmədiyi müddətcə" deyə, o tvitter hesabında yazıb.
Qeyd edək ki, aktrisa 2008-ci ildə xərçəngdən müalicə alıb. O, 2017-ci ildə xəstəliyi səbəbindən yumurtalıqlarını aldırmalı olmuşdu. 2013-cü ildə ana olan Kristinanın Seydi adlı bir qızı var.