Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Daha 2 siyasi partiya ofis sahəsi ilə təmin olunub - FOTO

Daha 2 siyasi partiya ofis sahəsi ilə təmin olunub - FOTO

Tarix: 11 Avqust 2021 16:18

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, fəaliyyət imkanlarının genişləndirilməsi, iş şəraitinin yaxşılaşdırılması məqsədilə siyasi partiyaların dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələri ilə təminatı prosesi davam etdirilir.

İqtisadiyyat Nazirliyindən Sonxeber.net-a verilən məlumata görə, nazirlik yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən daha 2 siyasi partiyaya fəaliyyət göstərmələri üçün ofis sahəsi təqdim edilib.

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Fəttayev və Yeni Zaman Partiyasının sədri Musa Ağayev fəaliyyət göstərəcəkləri ofislərlə tanış olublar.


Etiketlər:  Daha siyasi partiya ofis sahəsi ilə təmin olunub FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ