Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xətaidə ağacları kəsən müəssisə rəhbəri cərimələndi (FOTO)

Xətaidə ağacları kəsən müəssisə rəhbəri cərimələndi (FOTO)

Tarix: 14 Avqust 2019 15:08

Bakı. Samir Əli - Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Xətai rayonu, Babək prospekti 2221-ci məhəllə ünvanında yerləşən “Xəzər” kiçik müəssisəsinin ərazisində müxtəlif cinsli ağacların kəsildiyi aşkar edilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, araşdırma zamanı ağacların sözügedən müəssisənin direktoru İlqar Qasımovun göstərişi ilə kəsildiyi məlum olub.

Faktla bağlı İ.Qasımov barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində 4360 manat məbləğində cərimə olunub.

Kəsilmiş ağacların yerinə yeni ağacların əkilməsi təmin edilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Xətaidə ağacları kəsən müəssisə rəhbəri cərimələndi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ