Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kiyev ''Dinamo''sunun baş məşqçisi qovuldu

Kiyev ''Dinamo''sunun baş məşqçisi qovuldu

Tarix: 14 Avqust 2019 15:48

Ukraynanın "Dinamo" (Kiyev) klubu baş məşqçisi Aleksandr Xatskeviçlə yollarını ayırıb.

Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 46 yaşlı mütəxəssislə yanaşı, onun köməkçiləri də göndərilib.

"Dinamo" Çempionlar Liqasının III təsnifat mərhələsində iki oyunun nəticəsinə əsasən (0:1, 3:3) Belçikanın "Brügge" klubuna uduzaraq mübarizəni dayandırıb. Bu səbəbdən Xatskeviç və digər məqşçilər vəzifəsindən uzaqlaşdırılıb.

Qeyd edək ki, Xatskeviç 2017-ci ilin yayından paytaxt klubunu çalışdırırdı.
 


Etiketlər:  Kiyev Dinamosunun baş məşqçisi qovuldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ