Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mətbuat Şurası “SOCAR-AQŞ” MMC ilə birlikdə “Əsrin müqaviləsi”nin 25 illiyi ilə bağlı müsabiqə keçirir

Mətbuat Şurası “SOCAR-AQŞ” MMC ilə birlikdə “Əsrin müqaviləsi”nin 25 illiyi ilə bağlı müsabiqə keçirir

Tarix: 14 Avqust 2019 16:36

Bakı. Trend:

Azərbaycan Mətbuat Şurası “SOCAR-AQŞ” MMC ilə birlikdə “Əsrin müqaviləsi”nin imzalanmasının 25 illiyi münasibəti ilə kütləvi informasiya vasitələrinin (qəzet, jurnal, informasiya agentliyi, internet informasiya resursu, TV və radio) təmsilçiləri arasında yaradıcılıq müsabiqəsi keçirir.

Şuradan Trend-ə verilən məlumata görə, müsabiqə üzrə 4 istiqamət nəzərdə tutulur.

“Əsrin müqaviləsi”: Azərbaycanın müasiq neft və qaz sanayesində qazma işlərində yeni dövrün başlanğıcı; Azərbaycan neft-qaz sanayesində qazma işlərinin modernləşdirilməsi yeni neft strategiyasının mühüm tərkib hissəsidir; Azərbaycan neft-qaz sanayesinin mühüm tərkib hissəsi olan qazma işlərinin dünya neft-qaz sanayesinə verdiyi töhfələr; Azərbaycan neft-qaz sanayesində qazma işlərinin tarixi, bu günü və perspektivləri.

Müsabiqə üzrə mükafatlandırma bu müsabiqə elanının “Müsabiqənin istiqamətləri” adlı II bölümündə göstərilmiş hər istiqamət üzrə ayrılıqda aparılacaqdır.

4 istiqamət üzrə:

I yer – 4 nəfər - 2000 manat (hər biri)

II yer - 4 nəfər - 1500 manat (hər biri)

III yer - 4 nəfər - 1000 manat (hər biri)

Həvəsləndirici mükafat – 10 nəfər – 200 manat (hər biri)

Müsabiqəyə 9 avqust 2019-cu il tarixindən 10 sentyabr 2019-cu il tarixinədək qəzet, jurnal və informasiya agentliklərində, xəbər saytlarında yayımlanacaq yazılar, həmçinin telekanallarda efirə verilmiş video-materiallar, radiolarda səsləndirilmiş audio-materiallar buraxılacaq. Materiallar həm şəxsən, həm də elektron poçt vasitəsilə 9 avqust 2019-cu il tarixdən 10 sentyabr 2019-cu il tarixinədək, həftənin iş günləri saat 11.00-dan 17.00-dək Bakı şəhəri, Məmməd Araz 4 ünvanında (əvvəlki Teymur Əliyev 38 ünvanı) - Azərbaycan Mətbuat Şurasında qəbul ediləcək. Qalib və mükafatçıların adları 2019-cu il sentyabr ayının 20-dək açıqlanacaq.

Müsabiqə ilə bağlı ətraflı məlumat Mətbuat Şurasının presscouncil.az internet ünvanında yerləşdirilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Mətbuat Şurası SOCAR AQŞ ilə birlikdə Əsrin müqaviləsinin illiyi ilə bağlı müsabiqə keçirir


RƏYLƏR