Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dövlət Toxum Fondunun zavodlarında 1000 ton toxum emal olunub (FOTO)

Dövlət Toxum Fondunun zavodlarında 1000 ton toxum emal olunub (FOTO)

Tarix: 14 Avqust 2019 17:00

Bakı. Trend:

Kənd Təsərrüfatı Nazirliyi tabeliyində Dövlət Toxum Fondunun Xaçmaz və Şəki şəhərlərində yeni inşa edilmiş toxum emalı zavodlarında 1 ay ərzində 1000 ton yerli və xarici toxum emal olunub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, müəssisələr saatda 5 ton toxum emal etmək gücünə malikdir və emal olunmuş toxum 5000 hektar ərazini keyfiyyətli toxumla təchiz edə bilər.

Emal prosesi dörd mərhələdən ibarətdir. İlk mərhələdə əsas daş qalıqları və iri saman çöpləri, ikinci mərhələdə xırda saman çöpləri və vələmir, üçüncü mərhələdə xırda buğdalar, dördüncü mərhələdə buğda köynəyi və boş buğdalar təmizlənərək kalibrləmə edilir. Təmizlənmiş buğdalar sürmə xəstəliyinə qarşı maddə ilə dərmanlanaraq 50 kiloqramlıq kisələrə yığılır.

Zavodların əsas üstünlüyü toxum emalını az itki ilə həyata keçirməsidir və mövsumdə toxum istehsalçılarının yüksək reproduksiyalı toxumlarla təmin edilməsində vacib rol oynayacaq.

Qeyd edək ki, hal-hazırda zavodlarda emal prosesi davam edir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Dövlət Toxum Fondunun zavodlarında 1000 toxum emal olunub FOTO


RƏYLƏR