Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Avqust 2021 14:28
Bakı-Sumqayıt yolunda təhlükəli manevrlər edib svetoforun qırmızı işığından keçən sürücü saxlanıldı.
Sonxeber.net bildirir ki, Baş Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a verilən məlumata görə, yayılmış görüntülərə baxış keçirildikdən sonra
99-VV-365 qeydiyyat nişanlı "Toyota Prius" markalı avtomobilin sürücüsünün törətdiyi qayda pozuntusu öz təsdiqini tapıb. Buna görə də sürücü Şahmarlı İlqar Sevindik oğlu idarəyə dəvət olunaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsiylə 3 bal 60 manat cərimə yazılıb.
Onun sürücülük vəsiqəsində 17 bal olduğu üçün, yazılmış 3 bal 60 manat cərimədən sonra toplanılmış ballar 20-yə çatdığından, sürücülük hüququ avtomatik olaraq məhdudlaşdırılıb.