Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gürcüstanda əhalinin kütləvi vaksinasiya prosesinə hərbi həkimlər də cəlb olunacaq

Gürcüstanda əhalinin kütləvi vaksinasiya prosesinə hərbi həkimlər də cəlb olunacaq

Tarix: 13 Avqust 2021 20:26

Gürcüstanda epidemioloji vəziyyətin pisləşməsi ilə əlaqədar karantin qaydaları sərtləşdirilib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Gürcüstan baş nazirinin rəhbərliyi ilə fəaliyyət göstərən Qurumlararası Koordinasiya Şurasının qərarına əsasən ölkə ərazisində avqustun 14-dən sentyabrın 4-dək bir sıra məhdudiyyətlər tətbiq ediləcək. Eyni zamanda, şuranın qərarına əsasən əhalinin kütləvi vaksinasiyanın sürətləndirilməsi məqsədi ilə hərbi həkimlərinin də prosesə cəlb edilməsinə qərar verilib.

Ölkənin səhiyyə nazirliyi xəstəxanalarda çarpayı sayının artırılması istiqamətində intensiv fəaliyyətini davam etdirəcəyi bildirilib.

Qeyd edək ki, Gürcüstanda yeni növ koronavirusun (COVID-19) dördüncü dalğası pik həddə çatıb, son sutka ərzində virusa 5 128 nəfər yoluxub, 49 nəfər dünyasını dəyişib.


Etiketlər:  Gürcüstanda əhalinin kütləvi vaksinasiya prosesinə hərbi həkimlər cəlb olunacaq


RƏYLƏR