Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hava hücumundan müdafiə bölmələrimiz ön xətdə təlimlər keçirir - VİDEO - FOTO

Hava hücumundan müdafiə bölmələrimiz ön xətdə təlimlər keçirir - VİDEO - FOTO

Tarix: 14 Avqust 2021 12:56

Əlahiddə Ümumqoşun Ordunun ön xətdə yerləşən hava hücumundan müdafiə bölmələrində taktiki-xüsusi təlimlər keçirilir. Çətin dağlıq şəraitdə döyüş növbətçiliyi aparan zenitçilər bilik və bacarıqlarını praktiki atışlarda nümayiş etdirirlər.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, müasir ümumqoşun döyüşünün çevik dəyişən şəraiti bütün heyətdən zenit-artilleriya bölmələrinin manevr qabiliyyətinin yüksək olmasını tələb edir. Bu məqsədlə bölmələrin qısa zamanda qurğulardan hava hədəfinə atəş açaraq məhv etməsi və çətin dağlıq şəraitdə yerdəyişməsi məşq etdirilir.

Təlimə cəlb olunan pilotsuz uçuş aparatlarının aşkar olunması, müşayiət və məhv edilməsi üzrə heyətlərin bacarıqları pilotsuz uçuş aparatlarının praktiki fəaliyyəti ilə yoxlanılır.

Qurğu heyətlərinin yerüstü hədəflərə praktiki atışları ilə təlimlər davam edir
 

Milli.Az


Etiketlər:  Hava hücumundan müdafiə bölmələrimiz xətdə təlimlər keçirir VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ