Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Starlink peyk internetinin sürəti genişzolaqlı şəbəkənin sürətinə çatıb

Starlink peyk internetinin sürəti genişzolaqlı şəbəkənin sürətinə çatıb

Tarix: 14 Avqust 2021 22:56

Peyk interneti çox zaman kəndlərdə yaşayan insanlar üçün şəbəkəyə çıxışın yeganə variantıdır. Lakin internet bağlantısının bu növü heç də həmişə stabil və sürətli bağlantını təmin etmir. SpaceX şirkətinin Starlink peyk interneti son zamanlarda diqqət çəkən nailiyyətlər əldə edib. Məşhur SpeedTest servisinin yaradıcısı olan Ookla şirkətinin məlumatlarına əsasən Starlink-in bütün dünya üzrə sürəti digər alternativ peyk interneti servislərinin sürətlərindən daha yüksəkdir.

Şirkətin bu yeni hesabatı Starlink peyk interneti servisinin 90.000 istifadəçi kütləsinə çatdığı zaman təqdim olunub. SpaceX rəsmi olaraq bildirib ki, onun peyk internetindən artıq 90.000 insan istifadə edir və onun 20.000-i son 1 ay ərzində qoşulub. Ookla şirkəti öz növbəsində Starlink-i HughesNet, Viasat və genişqozlaqlı şəbəkələrlə müqayisə edib. Aparılmış testlər onu göstəriblər ki, Starlink, HughesNet ilə Viasat şirkətləri arasında download və upload üzrə daha yüksək sürətə sahibdir.

SpaceX-in CEO-su Elon Musk dəfələrlə qeyd edib ki, Starlink-in əsas üstünlüyü ondan ibarətdir ki, o, digər peyk interneti xidmətləri ilə müqayisədə daha aşağı siqnal gecikməsinə sahibdir. Ookla tərəfindən aparılmış testlər Musk-ın bu bəyanatını müəyyən dərəcədə sübut ediblər. Təqdim olunmuş rəqəmlər həqiqətən də diqqət çəkirlər. Ookla öz testlərini bir neçə ölkədə aparıb. Onların arasında Kanada, Çili, Kolumbiya, Meksika və Yeni Zelandiya da olub. Beləliklə Starlink ən yüksək download sürətini məhz Fransada sərgiləyib. 

Milli.Az


Etiketlər:  Starlink peyk internetinin sürəti genişzolaqlı şəbəkənin sürətinə çatıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ