Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Avqust 2021 15:00
Azərbaycanın qonşuları bölgədə sülh və sabitliyin bərqərar olmasına töhfə verməlidir
Rusiyadan gözləntimiz odur ki, üçtərəfli bəyanatın bütün müddəaları yerinə yetirilsin. Çünki bu üçtərəfli bəyanatı Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri imzalamışlar və onların böyük qismi artıq gerçəkləşib. Amma bəzi məsələlər var ki, hələ də açıqdır. Gözləntimiz bundan ibarətdir.
Bu fikirləri "CNN Türk" kanalına müsahibəsində Prezident İlham Əliyev söyləyib. Dövlət başçısı bildirib ki, Rusiya Azərbaycanın qonşusu və Ermənistanın yaxın müttəfiqi kimi, əlbəttə, bu bölgədə xüsusi rol oynayır. Bu, təbiidir: "Ümid edirik ki, Rusiya bundan sonra da bu bölgənin təhlükəsizliyi üçün öz səylərini əsirgəməsin və uzunmüddətli sülhü təmin etmək üçün addımlar atsın".
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, millət Vəkili Arzu Nağıyevin fikrincə, Prezident İlham Əliyevin "CNN Türk" televiziya kanalına müsahibəsi zamanı söylədiyi fikirlər onu deməyə əsas verir ki, regional, iqtisadi və hərbi proseslərin təhlili baxımından dünyaya bir mesaj verildi.
Millət vəkili qeyd edib ki, Azərbaycan imzaladığı sənəddə üzərinə düşən öhdəliklərin yerinə yetirilməsinə sadiqlik göstərməklə digər tərəfləri də buna çağırdı.
Siyasi elmlər üzrə fəlsəfə doktoru Mətin Məmmədli deyir ki, Rusiya üçtərəfli bəyanatın icrasına zəmanət verən ölkə olduğunu bildirib. Azərbaycan isə bundan sonrakı dövrdə də həssas yanaşdığı məsələlərdə prinsipiallığını qoruyacağını bildirib.
Ekspert əlavə edib ki, rəsmi Tehran da Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı öz siyasətini ortaya qoymalıdır.
"Qonşu ölkələr də bölgədə sülhə, əmin-amanlığa töhfə verən addımlar atmalıdır",- deyə Mətin Məmmədli qeyd edib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: