Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Avtoş'' sürücü toy karvanında təkər qaldırıb şou göstərdi - FOTO

''Avtoş'' sürücü toy karvanında təkər qaldırıb şou göstərdi - FOTO

Tarix: 16 Avqust 2021 17:20

Toy karvanında avtoxuliqanlıq edən sürücü öz videolarını sosial şəbəkə hesabında paylaşıb.

Sonxeber.net avtosfer.az-a istinadən xəbər verir ki, 10-XO-926 qeydiyyat nişanlı "QAZ-31029" markalı avtomobilin sürücüsü toy karvanında hərəkət edərkən özünü hamıdan fərqləndirməyə çalışıb. O, sərt manevrlər edərək avtomobili gah sağa, gah da sola çəkib. Həmçinin manevr zamanı bir neçə dəfə avtomobilin ön təkərini yer səthindən qaldıraraq avtoxuliqanlıq hərəkətlərinə yol verib.

Çəkdiyi videonu sosial şəbəkə hesabında paylaşan sürücü özünə bu yolla izləyici kütləsi yığmağa çalışır. Lakin bu cür hərəkətlərə yol vermək həm real təhlükədir, həm də digər sürücülərə pis örnəkdir.


Etiketlər:  Avtoş sürücü karvanında təkər qaldırıb şou göstərdi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ