Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Avqust 2021 20:48
Kanada hökuməti bazar günü bildirib ki, ölkəyə kommersiya uçuşları, qatarlar və gəmilərdə gələn bütün sərnişinlərdən COVID-19 əleyhinə peyvənd olunması haqqında sənəd tələb ediləcək.
Sonxeber.net AZƏRTAC-a istinadən xəbər verir ki, Kanada Nəqliyyat Nazirliyi yeni tələbin oktyabrın sonundan gec olmayaraq bu payızda qüvvəyə minəcəyini bildirib. Bundan əlavə, bütün federal hökumət işçiləri, o cümlədən federal hökumət tərəfindən tənzimlənən hava, dəmir yolu və ya dəniz nəqliyyatı sektorunda çalışanlar, peyvənd olunmalıdır.
"Kanada hökuməti dövlət işçiləri üçün peyvənd edilməsini tələb edərək nümunə göstərir və biz bütün federal işəgötürənlərdən işçilərinin və iş yerlərinin təhlükəsizliyinin təmini üçün peyvənd planları hazırlamalarını xahiş edirik", - deyə Nəqliyyat naziri Ömər Alqabra bildirib.
Avqustun 15-nə olan məlumata görə, Kanada COVID-19 əleyhinə peyvəndin 51,25 milyondan çox dozadan istifadə edib. "COVID-19 Tracker Canada"nın məlumatına görə, əhalinin 71.72 faizinə azı bir doza vaksin vurulub, 62.69 faizi isə tam peyvənd olunub.