Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Avqust 2021 08:38
Xalq artisti Məleykə Əsədova Mayamidə dincəlir.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, dincəlmək üçün Mayamiyə üz tutan sənətçi istirahətindən görüntüləri öz "Instagram" profilində paylaşıb.
Xalq artistinin qızı ilə birgə paylaşdığı şəkillər diqqət çəkib.
Qeyd edək ki, Məleykə Əsədova bir müddət əvvəl mətbuata açıqlamasında evini satışa qoyduğunu və müştəri tapa bilmədiyini bildirib. O, bununla bağlı yaşadığı ərazidə yerləşən vasitəçiyə müraciət də edib. "Makler" həmin evin videosunu çəkərək, onu sosial şəbəkədə paylaşıb. Evi satan vasitəçi Miri adlı şəxs satış qiymətinin 3 milyon manat olduğunu deyib: "Qiymətdən çox düşə bilməyəcəyik. Amma endirim olacaq".