Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kanadaya səfər etmək istəyənlərin nəzərinə! (FOTO)

Kanadaya səfər etmək istəyənlərin nəzərinə! (FOTO)

Tarix: 15 Avqust 2019 11:08

Bakı. Elçin Mehdiyev - Trend:

Kanada Hökuməti üçün Azərbaycanda viza müraciətçilərinə texniki dəstək göstərən və VFS Global şirkəti ilə birgə Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan Nümayəndəliyi tərəfindən idarə edilən Kanada Viza Müraciət Mərkəzi (CVAC) yeni ünvanda - Yasamal rayonu, İzmir küçəsi, 23-də yerləşən ofisində (Hyyat Reygency mehmanxanasının yaxınlığında) fəaliyyətini davam etdirir.

Qeyd edək ki, əvvəl Mərkəz BMT-nin Azərbaycan nümayəndəliyinin binasında yerləşirdi.

Kanada Hökuməti adından fəaliyyət göstərən CVAC müvəqqəti yaşayış kateqoriyalarına aid bütün növ müraciətləri (ziyarətçi vizası, təhsil və iş vizası), o cümlədən Kanadanın Azərbaycanda yaşayan daimi rezidentlərindən yol sənədlərinə dair müraciətləri qəbul edir.

CVAC həmçinin viza müraciətlərini, pasportları muvafiq qərarla birlikdə möhürlənmiş zərfdə müraciətçilərə geri qaytarır, həmçinin, Kanada Viza İdarəsi adından müsahibələrin vaxtının təyin edilməsində köməklik göstərir.

Mərkəzlə +994 12 538 57 44 nömrəsi və ya [email protected] electron poçt ünvanı vasitəsilə əlaqə saxlamaq mümkündür.


Etiketlər:  Kanadaya səfər etmək istəyənlərin nəzərinə FOTO


RƏYLƏR