Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyada koronavirusdan ölənlərin sayı 172 mini keçib

Rusiyada koronavirusdan ölənlərin sayı 172 mini keçib

Tarix: 17 Avqust 2021 14:24

Rusiyada son sutka ərzində daha 20 958 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Sonxeber.net APA-ya istinadən bildirir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 6 642 559 nəfərə çatıb.

Son sutka ərzində 805 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 172 110 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan, Braziliya və Fransadan sonra beşinci yerdə gəlir.


Etiketlər:  Rusiyada koronavirusdan ölənlərin sayı mini keçib


RƏYLƏR