Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qubada silsilə oğurluqlar edən Sumqayıt sakinləri saxlanılıb - FOTO

Qubada silsilə oğurluqlar edən Sumqayıt sakinləri saxlanılıb - FOTO

Tarix: 17 Avqust 2021 17:20

Quba RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində ictimai iaşə obyektlərindən, evlərdən, silsilə oğurluqlar etməkdə şübhəli bilinən Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi sakinləri Tural Quliyev və Rüfət Sərxanov saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupunun baş inspektoru polis leytenantı Xəyal Talıbovun Sonxeber.net-a bildirdiyinə görə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, T.Quliyev və R.Sərxanov Quba rayonu ərazisində müxtəlif mağazalardan, kafe-restoranlardan və evlərdən pul, danışıq kartları (kontur), müxtəlif ərzaq məhsulları, samovarlar, siqaret, məişət təmir avadanlıqları və yaddaş kartları oğurlamışlar.

Faktla bağlı RPŞ-nin təhqiqat bölməsində araşdırma aparılır.


Etiketlər:  Qubada silsilə oğurluqlar edən Sumqayıt sakinləri saxlanılıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ