Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Avqust 2021 20:51
Bu gün Azərbaycan, Ermənistan və Rusiya Federasiyası Baş nazirinin müavinlərinin birgə rəhbərliyi ilə Üçtərəfli İşçi Qrupunun iclası keçirilib.
Sonxeber.net konkret.az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev, Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryan və Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk üçtərəfli İşçi Qrupunun işini bərpa ediblər.
Avqustun 17-də Moskvada keçirilən görüşdə tərəflər Cənubi Qafqaz regionunda nəqliyyat kommunikasiyalarının bərpasının perspektivlərini və Azərbaycan Respublikası Prezidentinin Bəyannaməsi çərçivəsində görülən işlərin gedişatını müzakirə ediblər.
Qeyd edək ki, komissiyanın işinin dayanması sərhəddə gərginliyin artmasına səbəb olmuşdu.