Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Avqust 2021 21:40
Kabilin beynəlxalq hava limanında basabas və atəş açılması nəticəsində 40 nəfər həlak olub.
Sonxeber.net TOLOnews-a istinadən bildirir ki, ABŞ hərbçiləri hava limanına şığıyan əfqanlara atəşa açıblar. Basabas və qaçaqaç yaranıb, nəticədə tələfat daha da artıb.
Əfqanlar isə hava limanına axışırlar. Onların dediklərinə görə, dolaşan şayiələrə görə, Kabili təyyarə ilə pasportsuz və vizasız tərk etmək olar. Bundan başqa, "Taliban"ın hakimiyyətə ələ keçirməsi nəticəsində yaranmış qeyri-müəyyənlik nəticəsində ölkədən qaçmaq istəyənlər arasında qadınların sayı artıb.
Taliblərin "evlərinizdə qalın" çağırışlarına və təyyarələrdən düşərəv həlak olanların sayının artmasına rəğmən, Kabil limanında minlərlə əfqan var.