Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Avqust 2021 22:42
Bağırsaq xərçənginin ən çox yayılmış əlaməti nəcisə çıxarkən dəyişikliklərin olmasıdır.
Sonxeber.net bağırsaq xərçənginin əsas əlamətlərini təqdim edir:
İshal ya da qəbzlik;
Bağırsaqların tamamən boşalmaması hissi və tez-tez tualetə getmək;
Nəcisdə (çox açıq ya da tünd rəng) qan görmək;
Nəcisin hər zamankından incə olması;
Tez-tez qaz sancısı, ağrılar, doluluq və ya şişkinlik hissi;
Səbəbsiz çəki itirmək;
Tez-tez özünü yorğun hiss etmək;
Ürək bulanma və qusma;
Bu əlamətləri varsa, tez bir zamanda müayinə və müalicə üçün həkimə getməlisiniz. Xərçəng xəstəliyi erkən vaxtlarda ağrıya səbəb olmur. Həkimə getmək üçün isə ağrını gözləmək olmaz. /medicina.az