Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Avqust 2021 15:40
Türkiyənin Əfqanıstan mövzusunda mövqeyi dünya ictimaiyyətinin mövqeyinə uyğun olacaq.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İstanbulda keçirilən "İDEF-2021" 15-ci beynəlxalq müdafiə sənayesi sərgisində jurnalistlərə bildirib.
Nazirin sözlərinə görə, Türkiyə "Taliban"la müxtəlif kanallar vasitəsilə danışıqları davam etdirir.
M. Çavuşoğlu hazırda Kabil Beynəlxalq Hava Limanında 1500 Türkiyə vətəndaşının olduğunu qeyd edib. "Əfqanıstandakı bütün vətəndaşlarımızın heç də hamısının ölkəyə gəlmək niyyəti yoxdur. Telefon vasitəsilə vətəndaşlarımızla tək-tək əlaqə saxlanılır, onların gəlib-gəlməməklə bağlı fikirləri öyrənilir".
XİN başçısı onu da vurğulayıb ki, Əfqanıstandan Türkiyəyə miqrant qəbulu ilə bağlı ABŞ Prezidenti Co Baydenlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında razılaşma olduğu haqda fikirlər həqiqətə uyğun deyil.