Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Erməni hərbçi üç xidmət yoldaşını qətlə yetirməkdə şübhəli bilinir

Erməni hərbçi üç xidmət yoldaşını qətlə yetirməkdə şübhəli bilinir

Tarix: 19 Avqust 2021 21:48

Ermənistanda üç xidmət yoldaşını qətlə yetirməkdə şübhəli bilinən hərbçi saxlanılıb.

Sonxeber.net "Report"a istinadən bildirir ki, cümə axşamı yerli vaxtla 01:30-da hərbi hissələrdən birinin müdafiə bölgəsinin döyüş postunda güllələnmiş üç əsgərin meyiti tapılıb. Axşam saat 17:40 radələrində isə onlarla çiyin-çiyinə qulluq edən hərbçi saxlanılıb. O, qəsdən adam öldürməkdə ittiham olunur.

Ermənistanın İstintaq Komitəsi Cinayət Məcəlləsinin 104-cü maddəsinin 2-ci hissəsinin 1-ci bəndi ilə cinayət işi açıb.

Cinayət işinin ibtidai istintaqı davam edir.


Etiketlər:  Erməni hərbçi üç xidmət yoldaşını qətlə yetirməkdə şübhəli bilinir


RƏYLƏR