Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Avqust 2021 10:14
Türkiyənin Ağrı vilayətində işıq dirəyinin üstündəki quş yuvasına baxmaq üçün çıxan uşağı elektrik cərəyanı vurub.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, doqquz yaşlı Mərt Artan cərəyanın şiddətindən yerə çırpılıb.
Bu zaman ətrafdakı çobanlar uşağın bədənindəki elektrik enerjisini atmaq üçün onu torpağa basdırıblar.
Başından başqa bütün bədəni torpağa basdırılan uşaq bir müddət sonra ayılıb.
Xəstəxanaya çatdırılan uşağa 3-cu dərəcəli yanıq diaqnozu qoyulub. Altı gün reanimasiya şöbəsində qalan Mərtin müalicəsi xəstəxanada davam edir.