Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Xəstəxanalardakı şəxslərin sayı 2458-i keçib” - Yaqut Qarayeva

“Xəstəxanalardakı şəxslərin sayı 2458-i keçib” - Yaqut Qarayeva

Tarix: 20 Avqust 2021 11:12

"Azərbaycanda son günlərdə kəskin sürətdə yoluxma müşahidə olunur. Bizim üçün önəmli olan yoluxma əmsalıdır. Ayın əvvəlində 7 faiz idisə, indi isə bu əmsal 23 faizdir".

Sonxeber.net xəbər verir ki, bunu TƏBİB-in departament müdiri Yaqut Qarayeva deyib. O bildirib ki, bu gün 18 pandemiya müəssisəsi fəaliyyət göstərir: "Əlbəttə ehtiyat tibb müəssisələri mövcuddur. Bu sahəyə bağlı 40-a yaxın xəstəxana var. Avqustun 1-də xəstəxanalarda 808 xəstə var idisə, dünənki rəqəmə əsasən bu rəqəm 2458-i keçib. Bu da onu göstərir ki, ciddi şəkildə qaydalara əməl etməliyik".


Etiketlər:  Xəstəxanalardakı şəxslərin sayı 2458 keçib Yaqut Qarayeva


RƏYLƏR