Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Palçıqlı küçədən narazı sakinlər: Yaxın zamanda küçənin cari təmirinə söz verildi - VİDEO

Palçıqlı küçədən narazı sakinlər: Yaxın zamanda küçənin cari təmirinə söz verildi -  VİDEO

Tarix: 20 Avqust 2021 13:20

İlk baxışdan ucqar kəndi xatırladan bu ərazi əslində Quba şəhərinin Dəvədabanı yaşayış massividir.

Milli.Az Real TV-ə istinadən bildirir ki, Quba şəhərinin bir addımlığında yerləşən massivin sakinləri haqlı olaraq yolların acınacaqlı vəziyyətindən şikayətçidirlər. Dediklərinə görə, şəhərdə yaşamalarına baxmayaraq ucqar kənd sakinlərinin əziyyətini çəkirlər. Yayda toz qışda isə palçıq səbəbindən küçədə hərəkət mümkünsüz olur.

Şikayətçi sakinlərin sözlərinə görə, küçənin təmiri ilə bağlı müraciət etmədikləri orqan, döymədikləri qapı qalmayıb. Bununla belə səslərinə səs verən olmayıb.

Dəvədabanı sakinlərinin yol problemi ilə bağlı Quba şəhər icra nümayəndəliyinə müraciət etdik. Şəhər icra nümayəndəsi Elvin Hüseynov bildirdi ki, bir müddət əvvəl ərazidə 3 küçə əsaslı şəkildə təmir edilib. Digər küçələrin də asfalt olunması nəzərdə tutulub. Lakin icra nümayəndəsi o vaxta qədər sözügedən küçənin cari təmirinə söz verdi.

Belə əziz sakinlər! Şəhər icra nümayəndəsi söz verdi. İndi qalır bu sözün əməldə özünü sübut etməsi. Bunu isə zaman göstərəcək...

Milli.Az


Etiketlər:  Palçıqlı küçədən narazı sakinlər Yaxın zamanda küçənin cari təmirinə söz verildi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ