Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Avqust 2021 14:38
Quba rayonunun Nügədi kəndində koronavirusa yoluxmanın artmasının qarşısını almaq üçün peyvənd vurdurmayan vətəndaşlara bildirişlər göndərilib. Peyvəndləmədə ən az göstəricisi olan kənd də elə İkinci Nügədidir.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, koronavirus xəstəliyinə yoluxma sayının artdığı yaşayış məkanlarından biri də Qubanın İkinci Nügədi kəndidir.
Həkimlər yoluxmanın qarşısının alınması üçün tətbiq olunan müxtəlif üsullardan ən effektivini peyvəndləmədə görür. Quba Rayon Mərkəzi Xəstəxnasının Nügədi Ailə sağlamlıq mərkəzindən bildirildi ki, hazırkı dövrə qədər sözügedən kənddə əhalinin 35 faizdən çoxuna vaksin vurulub. Yoluxmanın artdığı bu günlərdə isə sakinləri peyvəndləməyə təşviq etmək üçün evlərə bildirişlər göndərilib.
Bildirişlər göndəriləndən sonra kənd ərazisində peyvənd vurdurmağa gələnlərin sayında artım olub. Sakinlər bildirirlər ki, əvvəl tərəddüd edirdilər. Lakin iynə vurdurandan sonra narahatlıq hiss eləməyiblər.
Quba Rayon Mərkəzi Xəstəxnasından bildirildi ki, vaksinasiya işlərinin aparılması üçün kəndlərdəki tibb məntəqələrinə həkim briqadları göndərilir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: