Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Avqust 2021 16:22
Qax şəhəri, Azərbaycan prospektində fəaliyyət göstərən mərasim evində keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin pozulduğu aşkar olunub.
Bu barədə Sonxeber.net-a Qida Təhlükəsizliyi Agentliyindən bildirilib. Məlumata görə, yoxlama zamanı pandemiya dövrünün tələblərinə əsasən xidmət göstərən işçi heyətin bəzilərinin tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadə etmədiyi məlum olub.
Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.