Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Süni şəkərli içkilər qəbul edirsiniz? - Ürək-damar xəstəliyi və...

Süni şəkərli içkilər qəbul edirsiniz? - Ürək-damar xəstəliyi və...

Tarix: 21 Avqust 2021 15:15

Süni şəkərli içkilər ürək-damar sisiteminin düşməni ola bilər. Süni şəkərli içkilərin də şəkərli içkilər kimi ürək-damar xəstəliklərinə səbəb olduğu açıqlanıb.

Sonxeber.net Lent.az-a istinadən xəbər verir ki, bununla bağlı aparılan araşdırmanın nəticələri "Journal of the American College of Cardiology" jurnalında dərc olunub. Qeyd olunub ki, şəkərli və süni şəkildə dadlandırılan içkilər ürək-damar xəstəlikləri riski artırır. Bu səbəbdən araşdırmada süni şəkərli içkilərin bilinənlərin əksinə şəkərli içkilərə alternativi olmadığı vurğulanıb. 

Bununla bağlı əvvəlki araşdırmalara toxunan alimlər, şəkərli içkilərin qəbul edildiyi qidalanma tərzinin ürək-metabolik sağlamlığa mənfi təsir göstərdiyinin məlum olduğunu xatırladıb, şəkərli içkilərə alternativ olaraq göstərilən süni şəkərli içkilərin ürək-damar sağlamlığına təsirinin indiyə kimi tam bilinmədiyini qeyd ediblər.

Cənub bölgəsinin əvəzsiz dadı: Turşu kabab - Lent.az-ın mətbəxi
Qışa hazırlıq - Yaşıl bibər turşusu RESEPTİ -VİDEO
Şokoladlı souzu necə hazırlayaq? - Ən asan resept Lent.az-ın MƏTBƏXİNDƏ

Araşdırmada, Fransada 104,760 iştirakçını əhatə edən qidalanma anketinin nəticələri müzakirə edilib.

İştirakçılardan hər 6 ayda bir dəfə 24 saatlıq 3 pəhriz qeydlərinin onlayn doldurulması istənilən araşdırmada, süni şəkərli içkilər qida dəyəri olmayan içkilər olaraq, şəkərli içkilərin isə 5 faiz və ya daha çox şəkəri olan bütün içkiləri əhatə edəcək qidalandırıcı olduğu təsbit edilib.

Araşdırmada iştirakçılar heç istifadə etməyənlər, az istifadə edənlər və çox edənlər olaraq qruplara ayrılıb.

Çoxlu süni şəkərli içki içənlərin həyatlarında heç vaxt içməyənlərə nisbətən 20 faiz daha çox ürək-damar xəstəliyinə sahib olduğu qənaətinə gəlinib. Oxşar nəticənin şəkərli içkilər içənlər üçün də keçərli olduğu qeyd edilib.


Etiketlər:  Süni şəkərli içkilər qəbul edirsiniz Ürək damar xəstəliyi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ