Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Avqust 2021 14:42
20-25 avqust tarixlərində "Füzuli" Beynəlxalq hava limanında müntəzəm reyslərin yerinə yetirilməsi məqsədilə radiotexniki vasitələrin hazırlığının yoxlanılması üçün xüsusi hava gəmisilə uçuşlar həyata keçirilir.
"Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətindən Sonxeber.net-a verilən məlumata görə, yoxlama ATR 42-500 biznes sinif təyyarəsinə quraşdırılmış Aerodata AD-FIS-112 uçuş müfəttişliyinin tam avtomatlaşdırılmış kompleksinin tətbiqi ilə gündəlik olaraq həyata keçiriləcəkdir.
Qeyd edək ki, AFIS (Aero Flight Inspection System) - hava limanlarında enmə vasitələrinin və yerüstü radionaviqasiya sistemlərinin yoxlanılması üçün istifadə olunan müasir tam avtomatik uçuş nəzarət sistemidir.
Əvvələr digər hava limanlarında bu unukal testin necə aparılması ilə videoçarxda
keçid vasitəsilə https://youtu.be/jhIyEj2RwIs tanış ola bilərsiniz.