Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda əfqan miqrantlar aksiya keçirməyə cəhd edib - RƏSMİ

Bakıda əfqan miqrantlar aksiya keçirməyə cəhd edib - RƏSMİ

Tarix: 23 Avqust 2021 15:58

Bakının Qış parkında Əfqanıstandan Azərbaycana gələn miqrantlar aksiya keçirməyə cəhd ediblər.

Sonxeber.net Baku.ws-ə istinadən xəbər verir ki, əraziyə polis əməkdaşları cəlb olunub və icazəsiz aksiya keçirmək istəyənlər ərazidən uzaqlaşdırılıb.

Məsələyə aydınlıq gətirmək üçün Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. Qurumdan bildirilib ki, aksiya icazəsiz olduğu üçün polislər həmin şəxslərlə profilaktik söhbət aparıb.

"Aksiyada iştirak edənlər BMT Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı Nümayəndəliyinin onlara daha çox diqqət yetirməsini tələb ediblər.

Əraziyə polis əməkdaşları cəlb olunub və aksiya iştirakçıları ərazidən uzaqlaşdırılıb", - deyə məlumatda bildirilib.


Etiketlər:  Bakıda əfqan miqrantlar aksiya keçirməyə cəhd edib RƏSMİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ