Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Avqust 2021 22:45
"Türkiyə Mərkəzi Bankımızın ehtiyyatları hazırda 109 milyard dollar səviyyəsindədir. Qarşıdakı günlərdə bu göstərici 115 milyard dolları keçəcək".
Sonxeber.net kanal.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayıb.
Onun sözlərinə görə, son dövrlər məzənnədəki qeyri-müəyyənlik və xarici təzyiqlər ölkənin milli gəlirinin azalmasına səbəb olsa da ən qısa zamanda bu göstərici 1 trilyon dolları ötəcək. Ərdoğan bildirib ki, yerli avtomobillərin istehsal prosesi planlaşdırıldığı kimi davam edir və 2023-cü ildən etibarən bu avtomobillər hazır olacaq.