Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Avqust 2019 09:06
Bakı. Trend:
Dünyanın ən böyük silah alverçisi sayılan belçikalı Jak mesye saxlanılıb. Trend-in məlumatına görə, o, uzun müddətdir ki, beynəlxalq axtarışda olub.
"Marşal" və ya "Lis" ləqəbi ilə tanınan J.Mesyenin son 30 ildə dünyanın demək olar ki, bütün münaqişə ocaqlarını silahla təmin etməsi bildirilir. Sonuncu dəfə o, Liviya, Çad, Pakistan və İrana silah satmaqda ittiham olunaraq axtarışa verilib.
Silah maqnatı Fransadakı villasından atların Portuqaliyaya daşınması zamanı yerli, Fransa və Belçika polisinin birgə əməliyyatı nəticəsində saxlanılıb. Hazırda Belçika hökuməti onun ektradisiyasını planlaşdırır.
66 yaşlı "Marşal"ın yaxın zamanda Portuqaliyada məhkəmə qarşısına çıxacağı bildirilir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin