Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Avqust 2021 11:32
44 günlük vətən müharibəsində şəhidlərimizin, qazilərimizin qanları ilə bənzəri olmayan zəfər salnaməsi yazdıq. O salnamə ki, bundan sonra min illər boyu qürurla vərəqlənəcək, fəxrlə anılacaq. Vətən müharibəsi zamanı qəhrəmanlıq göstərən igidlərimizdən biri də şəhid Səməd Hüseynzadədir.
Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, Səməd Hüseynzadə 1998 ci ildə ismayilli rayonu talistan kəndində anadan olub. 2020-ci ildə Azərbaycan Dövlət Aqrar univerisitetini bitirdikdən sonra hərbi xidmətə yola düşüb.Bir müddət hərbi xidmət etdikdən sonra ata-anasına zəng edərək "məni axtarmayın lazım gəlsə mən sizinlə danışacam" deyib. Məlum olub ki, Səməd vətən müharibəsinə qatılıb.
Səməd və onun yoldaşlarının toplardan atışı dəqiq olduğundan düşmənin xeyli canlı güvvəsini məhv ediblər Tərtərin Dəmirçilər kəndinin azad edilməsi uğrunda gedən şidətli döyüşlər zamanı mənfur düşmənin atdığı top atəşi nəticəsində dörd yoldaşı ilə birlikdə Qəhramancasına ŞƏHİD olub.
Şəhid Səməd Hüseynzadə doğulduğu kənd qəbirstanlığında torpağa tapşırılıb.Ölümündən sonra o, '' vətən uğrunda'' , '' İgidiyə görə'' və "Ağdam, Xocavənd, Suqovuşanın azad olunmasına görə'' medalları ilə təltif edilib.