Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Avqust 2021 17:36
Azərbaycanda ailələrin dağılması son illər adi hala çevrilib. Bu ilin ilk dörd ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 14778 nikah və 5423 boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı 4,5, boşanmaların sayı isə 1,6 olub.
Boşanmaların sayının atması müxtəlif amillərlə izah olunur. Mütəxəssislər əsas səbəb kimi kənar müdaxiləni göstərirlər. Onların fikrincə, valideynlər, qardaş və bacılar, baldızlar, xüsusilə qayınanalar Azərbaycanlı ailələrin dağılmasında xüsusi rol oynayıralr.
Bu səbəb həlledici sayıla bilərmi?
Sonxeber.net xəbər verir ki, Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu yenisabah.az-a açıqlamasında pandemiya səbəbindən boşanmaların sayında artım müşahidə olunduğunu deyib:
"Evdə səhərdən axaşama qədər işsiz-gücsüz oturanda yola gedə biləməyəcəklər. Hər bir xanım və ya kişi səhərdən axşama qədər işlə məşğul olanda evə gəldikdə artıq istirahət edir. Yəni bir növ söz-söhbət yaratmağa vaxt olmur. Lakin əksi olanda söz-söhbət yaranır. Kişi işsiz qalanda qadın da hər şeyə irad tutur. Xanımlarımız bu məsələdə biraz dözümlü olmalıdırlar. Çünki xanımlar dözümsüzlük edəndə hər şeyini yığıb, ana evinə gedir. Onda da söz-söhbət kənara çıxmağa başlayır. Hər iki tərəfin valideynləri məsələyə qarışırlar".
Hüquq müdafiəçisinin fkrincə, valideynlərin müdaxiləsi boşanmaya gətirib çıxarır:
"Mən hər bir ailəyə tövsiyyə edirəm ki, öz sirrini bacısına belə verməsin. Anasıgildə belə danışmasın. Ailədə söz-söhbət ola bilər, amma həmin problem ailənin içərisində qalmalı, kənara çıxmamalıdır. Əgər gənclər ailədə söz-söhbəti həll edə bilmirlərsə, artıq düşünməlidirlər ki, ailəni düzgün qurmayıblar".
N.Cəfəroğlunun sözlərinə görə, ailələrə psixoloq məsləhəti vacibdir:
"Bütün dünyada ev psixoloqları var. Bizdə hələ də tətbiq olunmayıb. Ev psixoloqları qız və oğlanla ayrıca söhbət edərək ortaq məxrəcə gətirirlər. Lakin valideyn müdaxiləsi ailəni dağıdır. Sözsüz ki, qız tərəfi öz qızlarının, oğlan tərəfi isə oğlunun tərəfini tutacaq. Lakin psixoloq kənardan gələndir. Qulaq asıb, düzgün nəticə çıxaracaq, hər iki tərəfə də düzgün məlumat verəcək. Kimin günahkar olduğunu ortaya çıxaracaq. Bununla da münaqişənin baş vermə səbəbi açılacaq.
Mən istərdim ki, Azərbaycanda belə psixiatriya mərkəzləri olsun. Ailələr qohumlarını öz şəxsi münaqişəsinə qoşmamalıdırlar. Əgər normal ailə qurmaq istəyirsənsə, problemini heç kimə deməməlisən. Psixoloqun müdaxiləsi çox vacibdir".