Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Daha sonra isə regional müharibə qaçılmaz olacaq'' - Ərol

''Daha sonra isə regional müharibə qaçılmaz olacaq'' - Ərol

Tarix: 26 Avqust 2021 10:00

Hazırda yeni beynəlxalq sistemin qurulması prosesi davam edir və bu proses etibarnamələr vasitəsi ilə dolayı müharibə şəklində aparılır.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Ankara Böhran və Siyasi Araşdırmalar Mərkəzinin (ANKASAM) sədri, professor Məhməd Seyfəddin Ərol bildirib.

"Terror təşkilatları burada vəkil aktor kimi görünür. Soyuq müharibə dövründə istifadə edilən bu üsul SSRİ-yə qarşı təsirli nəticələr verdi. ABŞ-ın Əfqanıstandan çəkilməsi bu ölkədə daha dərin və daha geniş bir prosesə işarə edir.

Terror təşkilatlarının Əfqanıstanda bir fəaliyyət sahəsi tapması güclü bir ehtimaldır", - Ərol vurğulayıb.

O qeyd edib ki, terror sahəsi Kəşmirdən Myanmaya, Mərkəzi Asiyadan Rusiyaya qədər uzana bilər:

"BMT və AB-nin yanında Qazaxıstan, Özbəkistan, Tacikistan, Türkmənistan, Pakistan, İran və Türkiyədən ibarət "8+1 platforması" ən qısa müddətdə tətbiq edilməlidir".

O, Rusiya ilə Çinin Mərkəzi Asiyada qarşı-qarşıya gətirilməyə çalışıldığını və buna görə də bölgə dövlətlərinin sülh və sabitlik üçün birlikdə hərəkət etməli olduğunu vurğulayıb.

Ərol yaranan fürsətdən Talibanın istifadə edəcəyi halda mövcudluğunu qorumağa davam edəcəyini, əks halda vətəndaş müharibəsi, daha sonra isə regional müharibənin qaçılmaz olacağını bildirib.

Milli.Az


Etiketlər:  Daha sonra isə regional müharibə qaçılmaz olacaq Ərol


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ