Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Avqust 2021 15:24
İsmayıllı rayonunun Albulaq və Qoşakənd kəndlərinin sakinləri subsidiyalarını ala bilmədiklərindən şikayətçidirlər. Onların kartlarında məbləğ olsa da, bu vəsaitdən istifadə edə bilmirlər. Məsələyə aidiyyəti qurum aydınlıq gətirib.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, vətəndaşlardan bəzilərinin subsidiya kartlarına pul köçürülməyib. Bəzilərinin kartlarında isə məbləğ olmasına baxmayaraq, bundan istifadə edə bilmirlər.
İsmayıllı rayonun Albulaq və Qoşakənd kəndlərinin sakinləri dövlət tərəfindən verilən subsidiyaları ala bilmirlər. Kənd sakinlərinin sözlərinə görə, adətən subsidiya formasında verilən əlavə məbləği dekabr ayının sonuna kimi istifadə edirdilər. Amma indi vəziyyət başqadır.
Bəzi sakinlərin kartlarına isə ümumiyyətlə pul köçürülməyib. Kənd sakinləri bildirirlər ki, bu səbəbdən təsərrüfatlarında əkin işləri görə bilmirlər.
İsmayıllı rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən XəzərXəbər-ə bildirildi ki, 2020-ci ilin yanvar ayından etibarən subsidiyalar yeni qaydalar əsasında verilir. Vətəndaşlar sənədlərini yeni qaydalara uyğun təqdim etməlidirlər.
İndi vətəndaşlar müvafiq sənədlərin hazırlanması üçün Dövlət Aqrar İnkişaf Mərkəzinə yaxınlaşa və ya mobil əlaqəsi saxlayaraq müvafiq məlumat ala bilərlər.