Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Avqust 2021 23:36
"Bütün növ (açıq və qapalı) ürək və damar əməliyyatı olunmuş şəxslər koronavirus əleyhinə peyvənd oluna bilər".
Sonxeber.net medicina.az-a istinadən bildirir ki, bunu Mərkəzi Klinikanın ürək-damar cərrahiyyə bölməsinin baş həkimi, ürək-damar cərrahı Kamran Musayev deyib.
Professor onu da əlavə edib ki, ürək və damar xəstəliyindən əziyyət çəkən xəstələr də peyvənd olunmalıdır:
"Bütün ürək və damar xəstələri mütləq peyvənd olunmalıdır. Çünki əsas risk qrupuna aiddirlər".