Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Avqust 2021 23:46
Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə Göyçay rayonunun Çərəkə kənd sakini, fiziki məhdudiyyətli Bəkirova Anna Abil qızının çətinliklə təsərrüfat işləri ilə məşğul olması haqda görüntülər yayılmışdı. O, görüntülərdə anası ilə birgə çətin şəraitdə yaşadığını və köməyə ehtiyacı olduğunu bildirmişdi.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi artıq Annanı mühərrikli təkərli oturacaqla təmin edib.