Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kabildəki partlayışlarda ölənlərin sayı 200-ə çatdı - YENİLƏNİB

Kabildəki partlayışlarda ölənlərin sayı 200-ə çatdı - YENİLƏNİB

Tarix: 27 Avqust 2021 21:56

21:54

Əfqanıstanın paytaxtı Kabildə törədilmiş partlayış nəticəsində ölənlərin sayı artaraq 200 nəfərə çatıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.

----------

14:37

Kabil hava limanının yaxınlığında baş vermiş terror aktı nəticəsində həlak olanların sayı artıb.

"Qafqazinfo" "Əl-Cəzirə" telekanalına istinadən xəbər verir ki, partlayışlar nəticəsində həlak olanların sayı 110-a çatıb.

Bununla yanaşı, Əfqanıstan Səhiyyə Nazirliyindəki bir mənbənin "RİA Novosti"yə verdiyi məlumata görə, partlayış nəticəsində 1338 nəfər xəsarət alıb.

Qeyd olunur ki, hazırda minlərlə insan Kabil hava limanının divarları kənarında toplaşaraq Əfqanıstanı tərk etməyə cəhd edir.

-----------

07:14

Kabil aeroportu yaxınlığında baş vermiş iki partlayış nəticəsində həlak olanların sayı 103-ə çatıb.

Bu barədə "Qafqazinfo" "The Wall Street Journal"a istinadən xəbər verir.

Onun məlumatına görə, ölənlər arasında 90 əfqan və 13 ABŞ hərbçisi var.

Milli.Az


Etiketlər:  Kabildəki partlayışlarda ölənlərin sayı çatdı YENİLƏNİB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ