Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tarixə yazılan əbədi Zəfər

Tarixə yazılan əbədi Zəfər

Tarix: 27 Avqust 2021 09:48

Dünya hərb tarixinə qızıl hərflərlə yazılan İkinci Qarabağ müharibəsi tək 30 il işğal altında qalan torpaqların azad olunması ilə deyil, həm də xalqın qürur hissini özünə qaytarmış oldu. Azərbaycan Ordusu şanlı Qələbə qazanaraq 30 il davam edən işğala son qoydu, ərazi bütövlüyünü bərpa etdi. Son 300 ildə ilk dəfə idi ki, Azərbaycanın işğal altında qalan əraziləri dövlət başçısının rəhbərliyi ilə geri qaytarıldı. Bu qələbə ilə Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanın yeni tarixinə qızıl hərflərlə yazılacaq sətirlərin müəllifi oldu və öz adını da tarixə əbədi yazdı.

Ötən gün çıxışında da prezident tarixi ədaləti bərpa edən Azərbaycanın uğuruna bir daha qayıdıb. Dövlət başçısı bildirib: "Müharibədən əvvəl hər dəfə görüş əsnasında deyirdim ki, biz nəyin bahasına olursa-olsun öz torpağımızı qaytaracağıq, Qarabağı qaytaracağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik, şəhidlərimizin qisasını alacağıq. Və belə də oldu. Azərbaycan ədaləti bərpa etdi, beynəlxalq hüququ bərpa etdi, öz torpaqlarını qaytardı və şəhidlərimizin qanını aldı".

Ölkə prezidenti canlarını Vətən uğrunda qurban verən şəhidlərin qəhrəmanlığını xüsusi qeyd edib. Həqiqətən də, prezidentin vurğuladığı kimi, bu gün müharibədən keçən aylar ərzində şəhid ailələri, Qarabağ qaziləri ilə görüşlər əsnasında tam başqa ab-hava hökm sürür. Əgər əvvəlki illərdə biz hər zaman şəhidlərimizin xatirəsini yad edərək özümüzə söz verirdik ki, onların qisasını alacağıq, bu gün qürur hissi ilə deyə bilərik ki, şəhidlərimizin qanı yerdə qalmadı. Azərbaycan Ordusu ədaləti bərpa etdi, düşməni torpaqlarından qovdu və müzəffər xalq kimi dünya tarixinə öz adını yazdı.

Postsovet məkanına nəzərə salaq. Münaqişəli vəziyyətdə olan neçə neçə ölkə, torpaqları işğal altında olan dövlət var. Hər biri ərazi itkisi ilə yaşayır və torpaqlarının geri dönəcəyi günü səbirsizliklə gözləyir. Azərbaycan xalqı isə prezidentinin rəhbərliyi və müdrik siaysəti ilə cəmisi 44 gün ərzində düşməni darmadağın etdi. Müharibə dövründə Azərbaycan hərbçiləri həm peşəkarlıq, həm rəşadət, cəsarət, qəhrəmanlıq, eyni zamanda, fədakarlıq göstərdi, sözün əsl mənasında, ölümə getdilər.  Düşmən itkilərini gizlətsə də, dəqiq məlumata görə ən azı 7-8 min hərbçisi məhv edilib.

Təkcə azad edilmiş torpaqlarda bu günə qədər davam edən axtarış əməliyyatları nəticəsində 1600-dən çox erməni işğalçının cəsədi tapılıb. Və dövlət başçısının da vurğuladığı kimi, İkinci Qarabağ müharibəsi tarixdə əbədi qalacaq. Azərbaycan xalqının çoxəsrlik tarixində buna oxşar parlaq və tam Qələbə olmayıb. Azərbaycan işğalçıları məcbur etdi ki, onlar kapitulyasiya aktını imzalayaraq digər rayonlardan öz xoşları ilə çıxsınlar. Budür, sözün əsl mənasında xalq və hakimiyyət birliyi və bu birlik əbədi sürəcək, buna da heç kəs şübhə etməsin.

Kamran Seyidov
Milli.Az


Etiketlər:  Tarixə yazılan əbədi Zəfər


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ