Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Taliban'' Kabil hava limanının bir hissəsini ələ keçirib

''Taliban'' Kabil hava limanının bir hissəsini ələ keçirib

Tarix: 28 Avqust 2021 08:44

"Taliban" Kabildə hava limanının hərbi sektorunun bir hissəsini nəzarətə götürüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu hərəkatın nümayəndəsi Bilal Kərimi bildirib.

"Bu gün Kabil hava limanının hərbi hissəsindəki üç əhəmiyyətli yer amerikalılardan azad edildi və İslam Əmirliyinin ("Taliban" özünü belə adlandırır - Red.) nəzarəti altındadır", - deyə "Agence France-Presse" agentliyi Kərimidən sitat gətirib.

Onun sözlərinə görə, hazırda hava limanının kiçik bir hissəsi amerikalılardadır.

Milli.Az


Etiketlər:  Taliban Kabil hava limanının hissəsini ələ keçirib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ