Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Avqust 2021 14:52
"Dağlıq Qarabağı Azərbaycandan qoparıb Ermənistana birləşdirmək sovet vaxtında ortaya atılmış tezis idi". Abşeron rayonunda şəhid ailələrinin üzvləri, müharibə əlilləri və Vətən müharibəsi qəhrəmanları ilə görüşündə Prezident İlham Əliyevin də söylədiyi kimi, Heydər Əliyev dünyanın müxtəlif dairələrinin himayə etdiyi qurama erməni məsələsinin mahiyyətini, erməni millətçilərinin xalqımıza qarşı davamlı xəyanət və cinayətlərinin tarixini dərindən bildiyinə görə ölkəyə rəhbərliyinin birinci dövründən başlayaraq gizli formalarda təzahür edən Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının, Dağlıq Qarabağdakı erməni riyakarlıqlarının qarşısını qətiyyətlə kəsmişdi.
Sonxeber.net Real TV-yə istinadən xəbər verir ki, yalnız Heydər Əliyev hakimiyyətdən gedəndən iki həftə sonra sözügedən tezis yenidən ortaya atıldı. Heç şübhəsiz, bunun da arxasında məhz erməni millətçilərinin məkrli siyasəti dayanırdı.
Bir sözlə, sovet dövründə faktiki olaraq Azərbaycandan defakto ayrılan Dağlıq Qarabağ Muxtar Vilayətinə ermənipərəst kəsin rəhbərlik etməsi əslində ölkəmizə qarşı iddiaların hələ o zamandan mövcud olduğunu göstərir. Ancaq istisna deyil ki, Heydər Əliyev o vaxt Azərbaycanda qalsaydı və ölkə rəhbəri kimi fəaliyyət göstərsəydi, Dağlıq Qarabağda heç vaxt separatçılar baş qaldıra bilməzdilər.