Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Avqust 2019 14:54
Bakı. Elçin Mehdiyev - Trend:
2019-cu ilin ilk 7 ayı ərzində Azərbaycanın xarici ticarət dövriyəsi 20 milyard 701 milyon dollar olub.
Trend-in məlumatına görə, ixracın dəyəri 12 milyard 267 milyon, idxalın dəyəri isə 8 milyard 433 milyonABŞ dolları olub. Hesabat dövründə Azərbaycan 177 ölkə ilə ticarət fəaliyyəti həyata keçirib. Bu müddət ərzində Azərbaycanın ticarət saldosu 3 milyard 834 dollar təşkil edib.
Azərbaycanın xarici ticarət əməliyyatları həyata keçirdiyi əsas ölkələr İtaliya, Türkiyə, Rusiya, Çin, İsveçrə, Almaniya, İsrail, Hindistan, Amerika Birləşmiş Ştatları, Fransa, Ukrayna, İspaniya, Çexiya, Gürcüstan olub.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin