Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Karantin cəriməsini ödəməyənlər axtarışa veriləcək - VİDEO

Karantin cəriməsini ödəməyənlər axtarışa veriləcək - VİDEO

Tarix: 30 Avqust 2021 15:06

Karantin qaydalarının pozulmasına görə tətbiq edilən cərimələri ödəməyənlər axtarışa veriləcək.

Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, karantin qaydalarının pozulması ilə əlaqədar tətbiq edilən cərimələrin 30 gün müddətində ödənilməsi təmin edilməlidir. Vətəndaş cəriməsini ödəmədiyi halda müvafiq olaraq ədliyyə orqanları tərəfindən onun üzərində borc yükü kimi qalır.

Daxili İşlər Nazirliyinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev deyib ki, məqsəd vətəndaşları cərimələmək deyil, onların qayda və tələblərə əməl etməsini təmin etməkdir. O bildirib ki, istisnasız olaraq qayda pozan hər bir şəxs mütləq şəkildə cəriməsini ödəməlidir.

Elşad Hacıyev onu da qeyd edib ki, vətəndaşların sanitar epidemioloji tələblərə əməl etməsini təmin etmək məqsədilə polis əməkdaşları mütəmadi reydlər keçirir. Bununla belə, sağlamlıqlarının qeydinə qalmaq üçün hər bir vətəndaş özü sosial məsuliyyətini dərk edərək qaydalara əməl etməlidir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:  


Etiketlər:  Karantin cəriməsini ödəməyənlər axtarışa veriləcək VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ