Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zelenskinin ABŞ-a rəsmi səfəri başladı - FOTO

Zelenskinin ABŞ-a rəsmi səfəri başladı - FOTO

Tarix: 31 Avqust 2021 11:24

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-a rəsmi səfər edib.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ukrayna Prezidentinin Mətbuat xidməti yayıb.

Məlumata əsasən, Vladimir Zelenski və Birinci xanım Yelena Zelenskaya avqustun 31-i Vaşinqtona səfər ediblər.

Qeyd olunur ki, Zelenski sentyabrın 1-i ABŞ Prezidenti Co Baydenlə görüşəcək. Hər iki ölkə lideri ilk olaraq təkbətək, daha sonra isə nümayəndə heyətləri ilə birgə görüşəcəklər.

Zelenskinin amerikalı məmurlar ilə də görüşü baş tutacaq. Bununla yanaşı, səfər çərçivəsində Ukrayna və ABŞ nümayəndələri arasında bir sıra sənədlər imzalanacaq.


Etiketlər:  Zelenskinin ABŞ rəsmi səfəri başladı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ