Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu yay yerli tanınmışlar harada dincəldi? - FOTOlar

Bu yay yerli tanınmışlar harada dincəldi? - FOTOlar

Tarix: 31 Avqust 2021 18:05

Yayın bitməsinə sayılı günlər qalıb. Bir çoxları yay aylarında istirahətə üstünlük verirlər. Buna görə də hərə bir xarici ölkəyə üz tutur. Bəs görəsən məşhurlar bu yay harada dincəldi?

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bir çoxları xaricdə istirahət mərkəzlərini seçdiyi halda, bəziləri bölgələrə üz tutub.

Xalq artisti Aygün Kazımova dincəlmək üçün Bodruma yollanıb. Müğənni bir neçə gün orada lüks otellərdən birində istirahət edib.

Rəqqasə Fatimə Fətəliyeva ailəsi ilə birlikdə Antalyaya yollanıb. Sənətçi bir həftə orada dincəlib. fatimə gəzintidən fotolarını hər gün izləyiciləri ilə bölüşüb.

Əməkdar artist Könül Kərimova istirahətə yayın əbbəli gedib. Müğənni Bodruma üz tutub. Kərimovanın sosial şəbəkədə yayımladığı fotoları isə onunla izləyiciləri arasında mübahisəyə səbəb olmuşdu. 

Xalq artisti Tünzalə Ağayeva da dincəlmək üçün Türkiyəni seçib. Müğənni qızı Fidanla birlikdə Bodrumdakı evində istirahət edib.

Xalq artisti Mələkxanım Əyyubova yay tətilini övladları ilə birlikdə İzmirin Çeşmə bölgəsində keçirib.

Xalq artisti Məleykə Əsədova isə bu yay ABŞ-a üz tutub. Aktrisa bir aydan çox Amerikanı qızı Gülərlə qarış-qarış gəzib.

Müğənni Rosa Zərgərli istirahət üçün Alanyaya gedib. İfaçı qızı Bənövşə ilə birlikdə orada dincəlib. O, eyni zamanda aparıcı Zaur Kamalın orada çəkilən yeni verilişinə də qonaq olub.

Aparıcı cütlük Zaur və Günay Baxşəliyevlər Yessentukiyə sanatoriyaya yollanıblar. Cütlük qızı Dilavəri də özü ilə aparıb. Rusiyadan qayıtdıqdan sonra isə cütlük bölgələrdə dincəlməyə davam edib.

Müğənni Sevda Yahyayeva yay başlayandan bir neçə ölkəyə dincəlməyə yollanıb. İfaçı əvvəlcə həyat yoldaşı Zakir Bayramovla birlikdə Misirə gedib. Cütlük daha sonra Antalyada dincəlməyə yollanıb. Bir neçə gün əvvəl isə onlar Sankt-Peterburqda istirahətə gediblər.

Milli.Az


Etiketlər:  Bu yay yerli tanınmışlar harada dincəldi FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ