Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Polisə körpəni küçədə tapdığını demişdi, anasının xəbəri var imiş...

Polisə körpəni küçədə tapdığını demişdi, anasının xəbəri var imiş...

Tarix: 31 Avqust 2021 19:48

Xəbər verdiyimiz kimi, avqustun 30-u gecə saatlarında bir nəfər şəxs Gəncə şəhərində xidmət aparan Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşına yaxınlaşaraq şəhər ərazisində kimsəsiz, 5-6 aylıq qız uşağı tapdığını bildirib.

DİN Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov qafqazinfo-ya açıqlamasında bildirib ki, polis əməkdaşları dərhal körpənin qayğısına qalaraq onu  2 saylı Uşaq Xəstəxanasına yerləşdirib və orada həkimlər körpəni müayinə ediblər.

Qurum rəsmisinin sözlərinə görə, Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində məlum olub  ki, uşağı polisə təhvil verən Şəmkir rayon sakini Tural Tağıyev əvvəlcədən körpənin anası-Zaqatala rayon sakini Esmira Məmmədova ilə birlikdə uşağı qərarlaşdırdıqları üzrə polisə verib.

Hazırda Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində həmin şəxslər barəsində araşdırmalar davam etdirilir.


Etiketlər:  Polisə körpəni küçədə tapdığını demişdi anasının xəbəri imiş


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ